Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:45

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməli qoyulub


Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməlqoyma mərasimi, 21 noyabr 2007

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməlqoyma mərasimi, 21 noyabr 2007

Noyabrın 21-də Gürcüstanda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təməlqoyma mərasimi keçirilib.


Tədbirdə prezidentlər Abdulla Gül, İlham Əliyev və Mixail Saakaşvili iştirak edib. Daha sonra dövlət başçılarının iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.


Bu il fevralın 7-də Tbilisidə Azərbaycan və Gürcüstan prezidentləri, həmçinin Türkiyənin Baş naziri Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilməsinə dair çərçivə sazişi imzalayıblar.


Tikintinin iki il davam edəcəyi, dəyərinin isə 400 milyon dollardan çox olacağı proqnozlaşdırılır.


İstifadəyə verildikdən bir necə il sonra bu nəqliyyat dəhlizi vasitəsilə ildə 15 milyon ton yük daşımaq mümkün olacaq. Dəmiryol daşımaları ən ucuz başa gələn daşıma sayıldığından bu layihənin Azərbaycana da böyük mənfəət gətirəcəyi bildirilir.


Amma əksər ekspertlər Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin daha çox siyasi əhəmiyyət kəsb etdiyini deyirlər.


Politoloq Xaləddin İbrahimli «Azadlıq» radiosuna bildirib ki, sözügedən dəmiryolu xətti Gürcüstan və Azərbaycanın Qərbə inteqrasiyasına yeni təkan verəcək.


Ötən il ABŞ Konqresi öz banklarına Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini maliyyələşdirməyi qadağan etmişdi. Konqres bu qənaətdə idi ki, Ermənistan Cənubi Qafqazdakı iri layihələrdən kənarda qalmamalıdır. Bu səbəblə Avropa Parlamenti də Avropa Komissiyasını bu layihəyə siyasi dəstək verməməyə çağırmışdı.


Amma Türkiyə öz ərazisində salınacaq yeni dəmir yolunu özü maliyyələşdirməklə, Gürcüstan isə bu məqsəd üçün Azərbaycandan 25 illiyə minimum faizlə kredit almaqla maliyyə problemini aradan qaldırılıb.


Xaləddin İbrahimlinin fikrincə, bu addım nə Avropa, nə də Amerikanı qəzəbləndirə bilməz. Çünki Ermənistanın kənarda qalmasının səbəbi elə Ermənistan özüdür.


Günün bütün mövzuları

XS
SM
MD
LG