Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:58

MTN-nin iddiası ilə baş redaktora qarşı məhkəmə başlayıb


Əvəz Zeynallı məhkəmələri söz və mətbuat azadlığına qarşı hücumların tərkibi hesab edir

Əvəz Zeynallı məhkəmələri söz və mətbuat azadlığına qarşı hücumların tərkibi hesab edir

Noyabrın 20-də Nərimanov Rayon Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı məhkəmə prosesi başlanıb. Məhkəmə Milli Təhlükəsizlik Nazirliyinin iddiasıyla keçirilir.


MTN Əvəz Zeynalovu Adolf Hitlerin «Mənim mübarizəm» kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə məhkəməyə verib, baş redaktoru milli ədavəti qızışdırmaqda ittiham edir.


Bugünkü məhkəmə prosesində müdafiə tərəfi cinayət işinin ləğv olunması haqqında vəsatət qaldırsa da, məhkəmə onu təmin etməyib.


Proses noyabrın 28-də davam edəcək.


Nərimanov Rayon Məhkəməsində «Xural» qəzetinə qarşı başqa bir iddia isə Yevlax rayon ağsaqqallarının və ziyalılarının müraciəti əsasında başlayıb. İddiaçılar qəzeti Yevlax rayonunun icra başçısının şərəf və ləyaqətini təhqir etdiyinə görə məhkəməyə veriblər. Bu məhkəmə prosesi isə noyabrın 23-də davam edəcək.


Baş redaktor Əvəz Zeynallı isə sözügedən məhkəmələri söz və mətbuat azadlığına qarşı hücumların tərkibi hesab edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG