Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:54

Səttarxanın məzarı üstündə toplaşan onlarla fəal həbs edilib


Səttərxanın ölümünün 93-cü ildönümünə həsr olunmuş mərasim. Tehran 15 noyabr 2007

Səttərxanın ölümünün 93-cü ildönümünə həsr olunmuş mərasim. Tehran 15 noyabr 2007

İran Azərbaycanının müxtəlif insan haqları təşkilatları bildirirlər ki, noyabrın 15-də ETTELAAT əməkdaşları Səttərxanın məzarı üstə toplanan azərbaycanlıların təxminən 15-i həbs edib.


Yüzlərlə azərbaycanlı milli qəhrəmanının ölümünün 93-cü ildönümü münasibəti ilə onun Tehranın cənubunda yerləşən Şah-Əbdüləzim məscidindəki məzarı ətrafında dinc tədbir keçirmək istəyib. Lakin ETTELAAT məzarın ətrafına çoxlu qüvvə gətirərək mərasimin keçirilməsinə mane olmağa cəhd göstərib.


Mərasim iştirakçıları ilə ETTELAAT qüvvələri arasında yaranan qarşıdurmadan sonra onların bəzisi həbs edilib.


Fəalların bu günə qədər harada saxlandığı bilinmir.


Eyni zamanda İranın rəsmi xəbər mənbələri birdir ki sentyabrın 16-da Səttərxanın yaşadığı tarixi binanın böyük bir hissəsinin uçurulmasından sonra, İran hökuməti binanı tarixi abidə olduğunu elan edib və onun qoruyub bərpa edilməsinə çalışır.


Təbriz əhalisi Səttərxanın yaşadığı tarixi binanın uçurulmasına kəskin etirazlarını bildirmişdilər.



Günün bütün mövzuları

XS
SM
MD
LG