Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:53

YAP üzvlərinin sayı Kommunist Partiyasından çoxdur


Ramiz Mehdiyev deyir ki, YAP əsil xalq partiyasıdır

Ramiz Mehdiyev deyir ki, YAP əsil xalq partiyasıdır

«Yeni Azərbaycan Partiyasının 500 min üzvü var. Kommunist Partiyasının isə 450 min üzvü var idi. Azərbaycanda bir çox siyasi partiyalar fəaliyyət göstərir. YAP onların içərisində ən böyüyüdür. Bu o deməkdir ki, YAP əsil xalq partiyasıdır». Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev hakim partiyanın 15 illiyinə həsr edilmiş tədbirdə jurnalistlərə belə deyib.


Jurnalistlərin həbsinə görə beynəlxalq təşkilatların hökuməti tənqid etməsinə toxunan Mehdiyev bildirdib ki, bu həmin qurumların öz maraqlarından irəli gəlir.


O, bildirib ki, Azərbaycanda mətbuat azaddır. Onun fikrincə, jurnalistlər peşə fəaliyyətlərinə görə yox, konkret cinayətlərə görə həbs olunublar.



Günün bütün mövzuları

XS
SM
MD
LG