Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:39

İlham Əliyev yenidən Fransada…


İlham Əliyev sonuncu dəfə bu ilin əvvəlində Fransaya dövlət səfəri edib
İlham Əliyev sonuncu dəfə bu ilin əvvəlində Fransaya dövlət səfəri edib

Azər­bay­can pre­zi­den­ti İl­ham Əli­yev ye­nə Pa­ris­də­dir. Noyabrın 20-də onun Fran­sa pre­zi­den­ti Ni­kol­ya Sar­ko­zi ilə gö­rü­şü olacaq.


Bu, İl­ham Əli­ye­vin in­di­yə­dək Fran­sa­ya çox­say­lı zi­ya­rət­lə­rin­dən bi­ri ol­sa da, Sar­ko­zi­nin pre­zi­dent se­çil­mə­sin­dən son­ra ilk səfərdir. Əli­ye­vin həmçinin Fran­sa Se­na­tı­nın baş­çı­sı Kris­ti­an Pon­se­le ilə gö­rü­şü nə­zər­də tu­tu­lub.


Əli­yev bu ilin əv­və­lin­də Fran­sa­ya döv­lət sə­fə­ri edib.


Bəs 8 ay­dan son­ra Əli­ye­vi ye­ni­dən Pa­ri­sə apa­ran nə­dir?


Fran­sa­nın Ba­kı­da­kı sə­fir­li­yi­nin mət­bu­at ka­ti­bi Ka­mil Pi­ri­yev «Azad­lıq» ra­dio­su­na bil­di­rib ki, Azər­bay­can pre­zi­den­ti­nin bu­də­fə­ki sə­fə­ri iş­gü­zar xa­rak­ter­li, baş­qa söz­lə pro­to­kol­suz­dur: «Adə­tən, bu cür sə­fər­lər məq­səd­li sə­fər­lər məq­səd­li xa­rak­ter da­şı­yır və kon­kret gö­rüş­lər üçün nə­zər­də tu­tu­lur».


Azər­bay­ca­nın Fran­sa­da­kı sə­fir­li­yin­dən isə «Azad­lıq» ra­dio­su­na bil­di­rib­lər ki, Əli­ye­vin bu­də­fə­ki sə­fə­ri Fran­sa tə­rə­fi­nin kon­kret də­və­ti əsa­sın­da ger­çək­lə­şib. Pre­zi­dentlər bey­nəl­xalq və re­gio­nal mə­sə­lə­lə­ri mü­za­ki­rə edə­cək­lər.


Fran­sa­nın Azər­bay­ca­nda və regionda strateji maraqları var. Fran­sa Azər­bay­ca­nı özü­nün ener­ji təh­lü­kə­siz­li­yi­nin al­ter­na­tiv tə­mi­nat­çı­sı ki­mi gö­rür. Əli­yev Pa­ri­sə Tür­ki­yə-Yu­na­nıs­tan sər­hə­din­də Azər­bay­can qa­zı­nı­n Av­ro­pa­ya ötü­rül­mə­si­ni nə­zər­də tu­tan bo­ru xət­ti­nin açı­lı­şın­dan son­ra yol­la­nıb.


Fran­sa həm­çi­nin Azər­bay­ca­nın Avropa Birliyinə in­teq­ra­si­ya­ prosesinə yar­dım tək­lif edir.


Öz növ­bə­sin­də, Ba­kı Fran­sa­nın ATƏT-in Minsk qru­pun­da ak­tiv va­si­tə­çi­li­yi­nə ümid edir.


Azər­bay­can ic­ti­ma­iy­yə­tin­də Fran­sa­nın Qa­ra­bağ mə­sə­lə­sin­də va­si­tə­çi­li­yi­nə mü­na­si­bət hə­mi­şə bir­mə­na­lı ol­ma­yıb. Adə­tən bu cür ya­naş­ma­lar Pa­ris­də güc­lü er­mə­ni lob­bi­si­nin ol­du­ğu və fran­sız si­ya­sət­çi­lə­ri­nin Yerevana xü­su­si rəğ­bə­ti ilə izah olu­nur.


Ötən ilin pa­yı­zın­da Fran­sa­da uy­dur­ma er­mə­ni «soy­qı­rı­mı­»nın in­ka­rı­na qar­şı cə­za qa­nu­nu gün­də­mə gə­lər­kən, Azər­bay­can­da bu ölkənin Minsk qru­pun­dan uzaq­laş­dı­rıl­ma­sı ba­rə­də tə­ləb­lər səs­lən­di­ril­di. Öl­kə par­la­men­ti­nin Pa­ri­sə gön­dər­di­yi bə­ya­na­tın­da bu cür qə­rar­la­rın Fran­sa­nın əda­lət­li va­si­tə­çi­li­yi­nə şüb­hə ya­rat­dı­ğı vur­ğu­la­nır­dı.


Di­gər tə­rəf­dən, Pa­ri­sin sülh ni­zam­la­ma­sın­da fəa­liy­yə­ti də tam yox de­yil. Fran­sa pre­zi­den­ti Jak Şi­rak də­fə­lər­lə (so­nun­cu də­fə ötən ilin fev­ral ayın­da Ram­bu­ye­də) Azər­bay­can və Er­mə­nis­tan rəh­bər­lə­ri­ni gö­rüş­dü­rə­rək, on­lar ara­sın­da ra­zı­lı­ğın əl­də olun­ma­sı­na cəhd edib.


Bu il Fran­sa­da «Azər­bay­can İli» də ba­şa ça­tır.


XS
SM
MD
LG