Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:34

Vəkili Eynulla Fətullayevə bəraət tələb edir


Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Eynulla Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Noyabrın 19-da vəkil İsaxan Aşurov Eynulla Fətullayev haqqında Ağır Cinayytələrə Dair İşlər üzrə Məhkəmənin çıxardığı hökmdən apellyasiya şikayəti verib. Vəkil baş redaktora bəraət verilməsini tələb edir.


«Şikayətin məzmunu ondan ibarətdir ki, Eynulla Fətullayevə bəraət verilməlidir. Onun Avropa İnsan Haqları və Azadlıqlarının Müdafiəsinə dair Konvensiyasında göstərilən hüquqları pozulub. Eynulla Fətullayevi cinayət məsuliyyətinə cəlb edən müstəntiqlər, onun haqında məhkəmə hökmü çıxaran və yazılarının təhlükəli olması haqında MTN-ə müraciət etmiş təşkilatlar haqqında tədbir görülməsini də xahiş etmişəm».


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə oktyabrın 30-da «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. O, terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinib.


Günün bütün mövzuları

XS
SM
MD
LG