Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Ukraynada üçgünlük matəm elan edilib


Zasyadko şaxtasından zərərçəkənlər evakuasiya edilir

Zasyadko şaxtasından zərərçəkənlər evakuasiya edilir

Ukrayna hökuməti üçgünlük matəm elan edib. Donetsk vilayətində şaxtada qaz partlayışında 60-dan çox adam ölüb, 37 nəfər də itkin düşüb.


Rəsmilər deyirlər ki, itkinlərin sağ qalacağına çox az ümid edirlər.


Bu gün Ukraynanın prezidenti Viktor Yuşşenko Donetskə getməlidir. Yuşşenko şaxtalarda əməyin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər iş görmədiyi üçün baş nazir Yanukoviçi günahlandırıb.


Donetskidəki partlayış Ukrayna müstəqillik qazanandan bəri ən çox itki ilə nəticələnən şaxta partlayışıdır.


***


Noyabrın 18-də Ukraynanın Donetsk vilayətində kömür mədənlərinin birində partlayış baş verib. 30 nəfərdən çox adamın öldüyü xəbər verilir. Ukrayna Fövqəladə Hallar Nazirliyi bildirir ki, 359 nəfəri xilas etmək mümkün olub. 70 şaxtaçının taleyi naməlumdur.


Faciə Zasyadko adına şaxtada yerli vaxtla saat 3:11-də baş verib.


Qəzanın səbəbləri haqqında konkret versiya irəli sürülməsə də, onun metan qazının sızması nəticəsində yarandığı bildirilir. Ekspertlər bu versiya üzərində də işləyirlər.


Xəbər agentlikləri hadisə baş verən zaman mədəndə gecə növbəsinə olan 457 şaxtaçının işlədiyini istisna etmirlər.


Hadisə yerində xilasetmə tədbirləri davam etdirilir.


Baş nazir Viktor Yanukoviç təcili Donetskə yollanıb.



Günün bütün mövzuları

XS
SM
MD
LG