Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:47

Kosovo dekabrın 10-da müstəqilliyini elan edə bilər


Noyabrın 17-də Kosovoda parlament və yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Bu seçkilər əyalətin Serbiyadan müstəqilliyinə yol aça bilər.


Namizədlərdən ən şanslısı, müxalif Kosovo Demokrat partiyasının lideri Haşim Taçi deyib ki, partiyası qələbə qazanarsa, artıq dekabrın 10-da əyalətin müstəqilliyi elan olunacaq.


Seçkilərdə 26 siyasi partiya və hərəkat iştirak edib, onlardan yalnız 4-ü serblərə məxsusdur.


Kosovo serbləri Belqradın çağırışı ilə səsverməni boykot ediblər. Belqrad diyarın Serbiyadan müstəqilliyinin qəti əleyhinədir.


1999-cu ildən Kosovo formal olaraq Serbiyanın tərkibində qalsa da, beynəlxalq nəzarət altındadır.


XS
SM
MD
LG