Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:15

17 noyabr-Milli Dirçəliş Günüdür


Meydanda Azərbaycanın SSRİ-dən ayrılıb müstəqil dövlət qurmaq çağırışları eşidilirdi
Meydanda Azərbaycanın SSRİ-dən ayrılıb müstəqil dövlət qurmaq çağırışları eşidilirdi

-
1988-ci ilin noyabrında Qarabağda yaşayan ermənilərin Ermənistana birləşmək iddialarına və Ermənistandan azərbaycanlıların qovulmasına etiraz olaraq Bakıda müxtəlif aksiyalar keçirildi.

Sovet Azərbaycanının bütün sənaye müəssisələri fəaliyyətlərini dayandırdılar. Təşkilatsız şəkildə «Lenin» meydanına (indiki «Azadlıq» meydanı) yığışan insanlar Qarabağda Topxana meşəsinin kəsilməsinə, soydaşlarının Ermənistandan qovulmasına etirazlarını bildirirdilər.

Yerli Kommunist Partiyası rəhbərliyinin məsələyə vaxtında reaksiya verə bilməməsi prosesləri daha da qızışdırırdı.

Meydanda Azərbaycanın Sovet İttifaqından ayrılıb müstəqil dövlət qurmaq çağırışları eşidilirdi.

Noyabrın 17-də başlanan meydan hərəkatı isə fasiləsiz xarakter aldı. Azərbaycanın rayonlarında da aksiya iştirakçıları dəstəklənirdi.

Mitinqləri yalnız dekabrın 5-də sovet qoşunları zor gücünə dağıda bildi.

Həmin vaxt bir nəfər öldü, aksiyanın onlarla iştirakçısı xəsarət aldı və həbs edildi.

1992-ci ildə həmin mitinqlərin başladığı gün Milli Dirçəliş Günü kimi bayramlar sırasına daxil edildi.

2006-cı ildə Milli Məclisin qərarı ilə 17 noyabr bayram kimi qalsa da, bir sıra bayramlar kimi o, da istirahət günü kimi ləğv edildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG