Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

«Hər gün zülm çəkirik...»


«Avtobusa minməyinə peşman olursan…»
«Avtobusa minməyinə peşman olursan…»

Bakı-Sumqayıt avtobus dayanacağı sovet dövrünün sonu- 90-cı illərin dayanacaqlarını xatırladır. Adamlar növbəyə düzülüb, avtovus gələndə bir basabas yaranır ki, gəl görəsən. Baxmayaraq ki, avtobuslar bir-birinin ardınca düzülüb, basabas qurtarmır ki, qurtarmır.


Sahib Babayev danışır ki, Bakıda işlədiyindən hər gün bu yolu belə əziyyətlə gedib-gəlir: «Hər gün zülm çəkirik, gecələr də, gündüzlər də. Basabas, bir-birini tapdalama…Sürücülərə deyirsən ki, niyə belə işləyirsiz, deyir, öz şəxsi maşınımdı, ona görə. Axırda məcbur olub 2 manat taksiyə verib evə gedirəm...»


Avtobus sürücülərindən vəziyyətin belə olmasının səbəbini soruşuram. Deyirlər ki, bu, təzə şey deyil: «Sovet dövründən belə olub. Hamı bir çıxır, bir gedir, deyəsən, elə belə də olacaq».


Son vaxtlar adamla dolu dayanacaqları, insanların qapılarından sallandığı avrobusları Bakıda, şəhərin mərkəzidə də görmək olur:


- Avtobus olsaydı, burda niyə dayanırdıq.


- Tez-tez deyirlər, böyük avtobuslar gətiriləcək, ancaq nə vaxt?


- Azı 15-20 dəqiqə gözləyirik, sonra da ki, avtobusa minməyinə peşman olursan…


Nəqliyyatçıların Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Məzahir Rüstəmov deyir ki, həm Sumqayıtda, həm də Bakıda belə vəziyyətin yaranmasına səbəb kiçiktutumlu avtobusların xəttdən yığışdırılmaması və sürücülərin qrafikinin olmamasıdır.


Sözügedən problemlər noyabrın 16-da Nəqliyyat Nazirliyində də müzakirə olunub. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Namiq Həsənov vəd edir ki, sabahdan vəziyyət nisbətən düzələcək: «Bu günkü müşavirədə ölkəyə gətirilən böyük avtobusların şəhərin hansı hissələrində xəttə çıxması, qrafiklərinin dəqiq müəyyənləşdirilməsi haqqında tələblər qoyuldu. Bu gün axşama qədər həmin sxemlər tam hazır olmalıdır. Sabahdansa bu sahəyə ciddi nəzarət olunacaq və böyüktutumlu avtobuslar xəttə buraxılacaq».


Həsənovun sözlərinə görə, noyabrın 17-dən 60-dan artıq iritutumlu avtobus xəttə çıxacaq. Gələn ilin yanvarında isə 100-dən artıq belə avtobus şəhərdə görünəcək. Bundan sonrasa kiçiktutumlu avtobuslar xəttdən tamam yığışdırılacaq. Nəqliyyat Nazirliyinin rəsmisi onu da deyir ki, bu günkü müşavirədə Bakı-Sumqayıt avtobuslarının bərbad işi də müzakirə olunub. Bir neçə günə bu problemin də həll olunacağı gözlənir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG