Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:06

«Danışıqlarda əldə olunmuş irəliləyişləri təhlükə altına qoya biləcək addımlar atılmamalıdır»


«Ermənistan və Azərbaycan hökumətləri vəziyyəti pisləşdirə və əvvəllər əldə olunmuş irəliləyişi təhlükə altına qoya biləcək addımlar atmamalıdırlar». ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın Xarici İşlər naziri Migel Anxel Moratinosla Minsk Qrupu həmsədrlərinin görüşünə dair bəyanatda belə deyilir. Sənəddə daha sonra bildirilir ki, həmsədrlər Ermənistan və Azərbaycanda 2008-ci ildə keçiriləcək seçkilərə görə get-gedə daha da mürəkkəbləşən sülh prosesinin hazırki vəziyyəti haqqında nazirə məlumat veriblər


«Turan»ın məlumatına görə, Migel Anxel Moratinosla Minsk Qrupu həmsədrlərinin görüşü noyabrın 14-də Madriddə keçirilib.


Həmsədrlər müntəzəm olaraq ATƏT-ə fəaliyyətləri haqqında məlumat verirlər və artıq üçüncü dəfədir ki, fəaliyyətdə olan sədrlə Madriddə görüşürlər.


Moratinos bir neçə dəfə Ermənistan və Azərbaycan prezidentləri və nazirləri ilə görüşüb. İyunda Moratinos bu ölkələrə rəsmi səfər edib.


XS
SM
MD
LG