Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:14

Bu gündən Azərbaycan qış rejiminə keçir


Prezident bu qış ənənəvi problemləri aradan qaldırmaq üçün tapşırıq verib
Prezident bu qış ənənəvi problemləri aradan qaldırmaq üçün tapşırıq verib

Noyabrın 15-dən Azərbaycanda istilik sistemləri işə salınır. Mənzillər və qeyri-yaşayış obyektləri istilik, su və işıqla yeni normativlərə uyğun təmin edilməlidir.


Noyabrın 14-də prezident İlham Əliyev qışa hazırlıqla bağlı keçirdiyi müşavirədə deyib ki, qış aylarında əhalinin enerji tələbatı tam ödənilməlidir.


O, göstəriş verib ki, yeraltı qaz anbarlarındakı ehtiyatlar 3 milyard kubmetrə çatdırılsın. Prezident qaz hasilatına daha böyük diqqət göstərməli olduğunu vurğulayıb.


Hər dəfə qış gələndə xüsusən paytaxt sakinləri istilik sistemlərinin qaydasınca işləməməsindən şikayətlənirlər.


Prezident müşavirdə bu qış ənənəvi problemlərin qarşısını almaq məqsədi ilə müvafiq dövlət orqanlarına tapşırıq verib.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG