Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:09

«Biz bu oyunlara hazırıq»


Bakıda olimpiya oyunlarının keçirilməsini dəstəkləyən yürüş. 14 noyabr 2007
Bakıda olimpiya oyunlarının keçirilməsini dəstəkləyən yürüş. 14 noyabr 2007

Bu devizlə noyabrın 14-də Bakıda olimpiya oyunlarının keçirilməsini dəstəkləyən yürüş oldu.


Yürüş bulvarda İdman-konsert kompleksinin qarşısından start götürüb.


Səsucaldıcı maşınlardan «Bakı 31-ci Yay Olimpiya və 15-ci paralimpiya oyunlarının keçirilməsinə ev sahibliyi etməyə hazırdır» şüarları səsləndirilib.


Tədbirə müxtəlif növ idman federasiyaları və cəmiyyətlərinin, gənclər təşkilatlarının nümayəndələri, idmançılar, veteranlar və paralimpiyaçılar qatılıb.


Yürüş bulvarda konsert proqramı ilə davam edib.


Azərbaycan Milli Olimpiya Komitəsinin rəsmiləri bildiriblər ki, iyun ayında namizəd şəhərlərin seçim proseduru olacaq. Ona görə də yanvar ayından belə tədbirlər keçiriləcək.


Aksiyanın təşəbbüsçüsü Gənclər və İdman Nazirliyidir.


Beynəlxalq Olimpiya Komitəsi namizəd şəhəri dünya miqyasında reklam etməyə hələ icazə verməyib. Buna görə təbliğat-təşviqat işini yalnız ölkə daxilində aparmaqdan ötrü xüsusi materiallar hazırlanıb.









AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG