Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:34

«Dağlıq Qarabağ: müharibə təhlükəsi»


«Beynəlxalq ictimaiyyət müharibə təhlükəsini ciddi qəbul etməlidir»

«Beynəlxalq ictimaiyyət müharibə təhlükəsini ciddi qəbul etməlidir»

Brüsseldə Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni məruzəsi yayılıb.


«Dağlıq Qarabağ: müharibə təhlükəsi» adlanan məruzədə deyilir: «Azərbaycan və Ermənistan təhlükəli silah yarışmasını dayandırmalı, davakar ritorikanı məhdudlaşdırmalı və Dağlıq Qarabağ regionu ilə bağlı danışıqlarla əldə edilmiş həll yolunu tapmaq üçün səylərini artırmalıdırlar».


Məruzədə münaqişənin diqqətdən kənar qalması həm region, həm də beynəlxalq ictimaiyyət üçün təhlükəli məqam kimi nəzərdən keçirilir: «Neft gəlirlərindən gələn pullar Azərbaycana yeni özünə əminlik hissi və hərbi qüvvələrini artırmaq imkanları verib. Eyni zamanda Ermənistan gözlənilmədiyi şəkildə iqtisadi cəhətdən yaxşı göstəricilərlə çıxış edir və öz hərbi xərclərini artırır. Hər iki ölkə öz hərbi potensialını artırır və heç birisi hesab etmir ki, kompromisə getməyin vaxtı çatıb».


Məruzəni şərh edərkən Beynəlxalq Böhran Qrupunun Qafqaz proqramının direktoru Maqdalena Friçova deyib ki, beynəlxalq ictimaiyyət müharibə təhlükəsini ciddi qəbul etməlidir. Onun fikrincə, azərbaycanlılarla ermənilər arasında silahlı münaqişə təhlükəsi artmaqdadır: «Arxayınçılıq baha başa gələ bilər».


«Son illər ərzində hər iki ölkənin rəhbərləri artan bir şəkildə öz ölkələrində ictimai fikri kompromislərə qarşı yönəldib və hərbi xərcləri artırıb. Hər iki tendensiyanı dayandırmaq vacibdir»

M.Friçova bildirib ki, tərəflər 1990-cı illərin əvvəllərindən müharibə ediblər: «Münaqişə nəticəsində təxminən 22-25 min adam həlak olub. Bütövlükdə hər iki ölkədə bir milyondan artıq insan qaçqın və məcburi köçkün düşüb. Günümüzdə Dağlıq Qarabağın əksər hissəsi, eləcə də ona bitişik geniş Azərbaycan ərazisi etnik erməni qüvvələri tərəfindən işğal edilib».


Friçovanın fikrincə, diplomatik çözümün tapılması ümidləri tərəflər arasında siyasi iradənin və qətiyyətli beynəlxalq mövqenin olmaması ucbatından doğrulmayıb: «Son illər ərzində hər iki ölkənin rəhbərləri artan bir şəkildə öz ölkələrində ictimai fikri kompromislərə qarşı yönəldib və hərbi xərcləri artırıb. Hər iki tendensiyanı dayandırmaq vacibdir».


Qafqaz proqramının direktoru daha sonra bildirib: «Hazırkı danışıqlar, yəni ATƏT-in Minsk qrupunun vasitəçiliyi altında Fransa, Rusiya və ABŞ-ın sədrliyi ilə 2004-cü ilin aprelindən davam edən Praqa prosesi danışıqlar yolu ilə çözümə nail olmaq üçün çərçivə rolunu oynaya bilər. Bununla belə, Azərbaycan və Ermənistanda keçiriləcək seçkilər 2008-ci ildə siyasi mühiti mürəkkəbləşdirəcək. Tərəflər seçkilərdən öncə əsas prinsiplər haqqında sənədi razılaşdırmalıdır. Bu sənəddə razılaşdırılmamış məsələlərin qaldığı da göstərilir. Belə bir nəticə indiyə qədər tərəflərin razılığa gəldiyi məsələləri qoruyub saxlamağa və danışıqlar prosesini davam etdirməyə imkan verə bilər».


Friçovanın sözlərinə görə, Minsk qrupunun həmsədrləri və geniş beynəlxalq ictimaiyyət hər iki ölkəni «lazım olan addımları atmağa sövq etmək» üçün öz səylərini daha yaxşı koordinasiya etməlidir: «Avropa Birliyi və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllini tərəflərlə əlaqələrinin əsas elementinə çevirməlidir. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin rolu artırılmalı və Avropa Qonşuluq Siyasətinin monitorinqi və onun çərçivəsində vəsaitlərin ayrılması işindən təkcə təsisatların qurulması və insan hüquqlarının qorunması üçün yox, həm də tərəflər arasında anlaşma və etibarın yaradılması üçün istifadə edilməlidir».


Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzerin məruzə ilə əlaqədar fikirləri isə belə olub: «Beynəlxalq ictimaiyyət sülh üçün güclü təzyiq göstərməlidir. Maliyyə yardımı şərtli olaraq verilməli və fəal diplomatiya hər iki tərəfə indiki durğunluğun, münaqişəni davam etdirməyin ziyanını anlatmağa çalışmalıdır». «Media forum»


Günün bütün mövzuları

XS
SM
MD
LG