Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:55

«Çeklər bahalaşmayacaq, bunu gözləməyə dəyməz…»


«Çeklərin dövriyyə müddəti 2008-ci ilin yanvarında bitsəydi, xaricilər narazı qalacaqdı»

«Çeklərin dövriyyə müddəti 2008-ci ilin yanvarında bitsəydi, xaricilər narazı qalacaqdı»

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu belə deyir. «Kimin əlində çeki varsa, heyfdir, gələcəyi olan müəssisə tapıb, səhmdar olsunlar».


«Azadlıq» radiosunun «Xəbər-ətər» verilişinin qonağı olan ekspert deyib ki, özəlləşmə çeklərinin müddətinin uzadılması daha çox xarici investorlar üçündür.


«İndi çeklərin 40 faizə qədəri xaricilərin əlində qalıb, onlar iri müəssisələrin özəlləşməyə çıxarılmasını gözləyirdilər. Bu müəssisələri də hökumət hərraca çıxarmadı».


Qubad İbadoğlu bildirir ki, hökumət hazırkı mərhələdə Dövlət Neft Şirkətini özəlləşməyə çıxarmalıdır. «Çeklərin dövriyyə müddəti 2008-ci ilin yanvarında bitsəydi, onda xaricilər Azərbaycandan narazı qalıb, bütün dünyaya səs salacaqdılar».


Azərbaycanda çeklər 1997-ci ildən dövriyyə buraxılıb. Bu vaxta kimi onların yarısını istifadə etmək mümkün olub. Prezident özəlləşdirmə çeklərinin istifadə müddətini 2010-cu ilə qədər uzadıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG