Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:22

Düşənbədə prezident sarayının 300 metrliyində güclü partlayış olub


Noyabrın 14-də səhər Tacikistanın paytaxtı Düşənbənin mərkəzində, prezident sarayının 300 metrliyində güclü partlayış olub. Düşənbə prokuroru Qurbanəli Məhəbbətov bir nəfərin həlak olduğu partlayışı terror aktı adlandırıb.


Prokuror «terrorizm» maddəsiylə cinayət işi qaldırıldığını, istintaqın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsiylə birgə aparıldığını deyib.


Partlayış Koxi Vaxdat binasının yaxınlığında baş verib. Bu gün həmin binada Avropa Komissiyasının Mərkəzi Asiya ölkələrində fövqəladə vəziyyətlərdə risklərin azaldılması ilə bağlı Tacikistan baş nazirinin iştirakı ilə konfransı keçirilməliydi.


XS
SM
MD
LG