Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:48

«Hakimiyyət cəmiyyətin küçələrə çıxmasını istəyir»


Qulamhüseyn Əlibəyli Qənimət Zahidin sifarişlə həbs olunduğu iddia edir
Qulamhüseyn Əlibəyli Qənimət Zahidin sifarişlə həbs olunduğu iddia edir

AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli «Bizim Yol» qəzetinə müsahibəsində belə deyib.


Qulamhüseyn Əlibəyli «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə də münasibət bildirib: «Hakimiyyət baş verənlərə nəzarət edir. Yəni proseslər hakimiyyətin siyasətindən doğduğundan bu məsələdə qeyri-adilik axtarmayın. Polislər ola bilsin, sıravi vətəndaşı saxlayanda «yuxarıdan» göstəriş almırlar. Amma ictimai-siyasi çəkisi olan insanı həbs edəndə mütləq siyasi sifariş olur. Konkret olaraq, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsini nəzərdə tuturam.


Xatırlayırsınızsa, jurnalistin həbsindən əvvəl hakimiyyət ona qarşı qəzetindəki yazıya görə məhkəmə olayı qurmuşdu. Amma Eynulla Fətullayevə qarşı iddiada yalnız yazdığı məqaləsi əsas götürüldüyündən beynəlxalq təşkilatların təpkisi sərt idi. Görünür, hakimiyyət bunu nəzərə alaraq sovet metodunu əsas götürdü. Yəni sovet dövründə insanları küçədə həbs edib, üstünə də xuliqanlıq qoyurdular. Yaxud vətəndaşın cibindən narkotik maddə «tapırdılar».


Bu, ötən əsrin 70-80-ci illərinin metodudur. Bu yolla rejimə qarşı çıxanların əksəriyyətini təqsirləndirib həbs edirdilər. Bəli, görünür, hakimiyyət cəmiyyətin küçələrə çıxmasını istəyir ki, bununla seçki ərəfəsində növbəti zor metodu seçilsin. Necə ki, 2003 və 2005-ci il seçkilərindən sonra etiraz edənlərə qarşı zor tətbiq etdilər. Amma bu dəfə seçki öncəsi əməliyyat aparmaq istəyirlər».


Təhsil naziri Misir Mərdanov deyir ki, müəllimlər Avropa ölkələrinə uyğun əməkhaqqı alacaqlar. «Üç nöqtə» nazirə istinadən yazır ki, yaxın zamanlarda Azərbaycanda müəllimlərin maaşı hissolunacaq dərəcədə artırılacaq və Avropanın standartlarına uyğunlaşdırılacaq.


Amma nazir maaşların nə qədər artacağını bildirməyib. O, əlavə edib ki, tələbələrin də təqaüdlərində artım olacaq. Mərdanov hesab edir ki, ali təhsil müəssisələrinin rəhbərləri - rektorlar, prorektorlar xüsusi maaş almalıdırlar.


Hazırda Azərbaycanda müəllimlərin orta aylıq əməkhaqqı 125 manat (140 dollara qədər) təşkil edir.


Qərbi Avropa ölkəsi olan Almaniyada müəllimlərin orta illik əmək haqqı 43 min (1 aya təx. 3,58), Fransada - 45 min, İsveçrədə isə ildə 70 min dollar təşkil edir.


«Milli Məclisin PKK terror təşkilatı ilə bağlı bəyanatı artıq hazırdır». Bu məlumatı parlamentin PKK ilə bağlı bəyanatının hazırlanması üçün yaradılan işçi qrupunun üzvü, millət vəkili Fəzail Ağamalı verib.


«Ayna» deputata istinadən yazır ki, dövlət büdcəsi ilə bağlı qanun layihəsinin gündəliyə salınması bu məsələnin müzakirəsini bir qədər təxirə salıb. F.Ağamalı vurğuladı ki, bəyanat ekspertlər tərəfindən tam hazırlandıqdan sonra komissiyanın müzakirəsinə çıxarılır və burada ona zəruri dəyişikliklər edilir: «Bu bəyanatda Azərbaycan Milli Məclis səviyyəsində rəsmi şəkildə PKK-nı terror təşkilatı kimi tanıyacaq».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG