Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:45

«Qənimət Zahidin işi nəzarət altında olacaq»


Daxili İşlər naziri deyib ki, az vaxtda jurnalistlərin müraciətinə cavab veriləcək
Daxili İşlər naziri deyib ki, az vaxtda jurnalistlərin müraciətinə cavab veriləcək

Bu fikirləri noyabrın 13-də Daxili İşlər naziri Ramil Usubov Mətbuat Şurasının sədri Əflatun Amaşov və «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyevlə görüşündə deyib.


Arif Əliyev «Azadlıq» radiosuna bildirib ki, görüşdə Mətbuat Şurasının baş redaktoru zaminə götürmək təklifi də irəli sürülüb.


«Daxili İşlər naziri dedi ki, qısa zaman ərzində bu məsələyə baxılacaq və müraciətinizə cavab veriləcək».


Mətbuat Şurası baş prokuror Zakir Qaralova da Qənimət Zahidin azadlığa buraxılması ilə bağlı müraciət hazırlayır.


«Azadlıq» qəzetinin baş redaktoru az ağır bədən xəsarəti yetirmədə və xuliqanlıqda ittiham olunur. O, Yasamal Rayon Məhkəməsinin hökmüylə noyabrın 11-də iki aylıq azadlıqdan məhrum edilib. Jurnalistsə şərlənərək həbs olunduğunu deyir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG