Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:12

Deputatlar Qənimət Zahidin azadlığa buraxılması üçün müraciət hazırlayıblar


Deputatlar baş redaktorun azadlığa buraxılmasını istəyirlər
Deputatlar baş redaktorun azadlığa buraxılmasını istəyirlər

Deputatlar «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin azadlığa buraxılması üçün müraciət ediblər. Sənədi 13 millət vəkili imzalayıb.


Bu barədə jurnalistlərə Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn məlumat verib.


O, deyib ki, Respublika Prokurorluğuna ünvanlanan müraciəti imzalayan deputatların sayı 17-ə çata bilər.


«Müraciət etdiyimiz deputatların hamısı sənədə imza atıblar»-, deyə P. Hüseyn bildirib.


Deputatlar baş redaktorun azadlığa buraxılmasını istəyirlər.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb. Noyabrın 7-də Qənimət Zahid işə gələndə, bir qadının təxribatına məruz qaldığını demişdi. Baş redaktorun sözlərinə görə, binanın girişində bir qadın onu təhqir etdiyini deyərək, dava salmağa çalışıb. Kənarda dayanmış gənc oğlan isə baş redaktora hücum edərək, onun qadına sataşdığını deyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG