Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:28

Qanunsuz apteklərin sənədləri hüquq-mühafizə orqanlarına verilib


Səhiyyə naziri Oqtay Şirəliyev
Səhiyyə naziri Oqtay Şirəliyev

Qanunsuz fəaliyyət göstərən 40 aptekin sənədləri Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına təqdim olunub. Hazırda prokurorluq bu məsələni araşdırır. Bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.


«Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən 60 aptekdən 20-nin fəaliyyəti Səhiyyə Nazirliyi tərəfindən dayandırılıb. Qeyri-qanuni fəaliyyət göstərən 40 aptekin sənədləri isə araşdırılmaq üçün hüquq-mühafizə orqanlarına təqdim olunub».


Onun sözlərinə görə, son 4 ay ərzində Səhiyyə Nazirliyi tərəfindən 526 aptekdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı nazirliyin laborator ekspertizasından keçməyən 5 min 700 növ dərman aşkar olunub.


«Həmin dərmanlar heç dövlət gömrük orqanlarında da qeydiyyatdan keçməyib və onların Azərbaycana necə gətirildiyi məlum deyil. Eyni zamanda, 400 növ vaxtı keçmiş dərman aşkar edilərək Səhiyyə Nazirliyi tərəfindən müsadirə olunub»-, deyə nazir bildirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG