Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:23

Dövlət Departamenti baş redaktorun həbsini pisləyir


«Azərbaycan hökumətini söz azadlığına hörmətlə yanaşmağa çağırırıq»
«Azərbaycan hökumətini söz azadlığına hörmətlə yanaşmağa çağırırıq»

«Biz Azərbaycan hökumətini qətiyyətlə ölkədə söz azadlığı, müstəqil mətbuatın inkişafıyla bağlı üzərinə götürdüyü öhdəliklərə hörmətlə yanaşmağa çağırırıq».


Bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə münasibət bildirərkən deyib.


Cənab Makkormak bildirib ki, azad mətbuat, fəal vətəndaş cəmiyyəti hər cür demokratiyanın fundamental əsaslarıdır və vətəndaş hüquqlarının müdafiəsi üçün bazadır.


«Biz Azərbaycan hakimiyyətinin saxta ittihamlarla müxalifət jurnalistlərinin səsini boğmasından çox narahatıq».


Bunu isə Qənimət Zahidin həbsinə münasibət bildirən Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Simon deyib.


O, vurğulayıb ki, «Azərbaycan dustaq jurnalistlərə görə, Avropa və Orta Asiyada biabırçı şəkildə öz liderliyini saxlamaqdadır». Komitə bu məsələdə iddiaçıları öz iddialarından geri çəkilməyə çağırıb.


Bundan əvvəl «Sərhədsiz reportyorlar » Birliyi də Azərbaycanda növbəti dəfə jurnalistin həbs olunmasını pisləyib.


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel də baş redaktora qarşı irəli sürülən ittihamların saxta ola biləcəyini düşünür.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb. Noyabrın 7-də Qənimət Zahid işə gələndə, bir qadının təxribatına məruz qaldığını demişdi. Baş redaktorun sözlərinə görə, binanın girişində bir qadın onu təhqir etdiyini deyərək, dava salmağa çalışıb. Kənarda dayanmış gənc oğlan isə baş redaktora hücum edərək, onun qadına sataşdığını deyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG