Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:24

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi yaradıldı


Prezident yanında Strateji Araşdırmalar Mərkəzi yaradıldı. Bu haqda prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı fərmanda deyilir. Sənəddə qurumun yaradılması dövlət əhəmiyyətli strateji araşdırmaların aparılması, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair müxtəlif proqnozların verilməsi, sosial-siyasi vəziyyətin təhlil olunması, sosioloji sorğuların keçirilməsi zərurəti ilə əlaqələndirilir: «Həmçinin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mötəbər elmi konsepsiyaya əsaslanan genişmiqyaslı proqramların həyata keçirilməsinə də ehtiyac duyulur».


Fərmanla Strateji Araşdırmalar Mərkəzinin işçilərinin sayı 30 nəfər müəyyən edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG