Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

«Qənimət Zahidin həbsinə əsas yoxdur»


«Biz etirazımızı bildiririk və Qənimət Zahidin dərhal azadlığa buraxılmasını istəyirik»

«Biz etirazımızı bildiririk və Qənimət Zahidin dərhal azadlığa buraxılmasını istəyirik»

«Təəssüf ki, Azərbaycanda keçən il baş verənlər təkrarlanır». «Sərhədsiz reportyorlar» mətbuat azadlığını beynəlxalq müdafiə təşkilatının əməkdaşı Elza Vidal «Azadlıq» radiosuna «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsini şərh edərkən belə deyib.


Elza Vidal: «Biz etirazımızı bildiririk və Qənimət Zahidin dərhal azadlığa buraxılmasını istəyirik. Çünki onun həbsinə əsas yoxdur».


O, deyir ki, cinayətlə bağlı deyilənlərdən xəbərdardılar: «Amma bu, siyasi həbs ola bilər. Azərbaycanda mətbuata təzyiq artıb, bunu əvvəl də deyirdik. Amma indi - Qənimət Zahidin, az əvvəlsə Eynulla Fətullayevin həbsindən sonra əminliklə deyə bilərik ki, Azərbaycanda vəziyyət pisləşir».


Elza Vidal bildirir ki, hakimiyyət jurnalistlərə təzyiqləri dayandırmaq barədə fikirləşməlidir.


XS
SM
MD
LG