Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:06

«Qənimət Zahidə qarşı ittihamlar çox güman saxtadır»


Cənab Herkel deyir ki, hadisəni təfərrüatıyla öyrənəcək

Cənab Herkel deyir ki, hadisəni təfərrüatıyla öyrənəcək

«Qənimət Zahidin həbsi xəbərini eşidəndə ağlıma birinci bu ideya gəldi ki, ona qarşı ittihamlar uydurma ola bilər. Təcrübəm də deməyə əsas verir ki, bu ittihamlar çox güman saxtadır». Bunu «Azadlıq» radiosuna eksklüziv müsahibəsində Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib.


Andres Herkel: «Əlbəttə, biz bütün detalları öyrənməliyik. Ancaq Qənimət Zahidin həbsi qardaşı Sakitin Zahidovun, jurnalist Eynulla Fətullayevin həbsini xatırladır. Jurnalistlərə qarşı uydurma ittihamlar demokratik cəmiyyət üçün qəbuledilməzdir».


Cənab Herkel deyir ki, dedikləri yalnız Qənimət Zahidin həbsinə ilkin reaksiyasıdır, hadisəni təfərrüatıyla öyrənəcək.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid noyabrın 11-də iki aylığa həbs olunub. Ona qarşı xuliqanlıq və az ağır xəsarət yetirmə ittihamları irəli sürülüb. Bir neçə gün əvvəl Qənimət Zahid işə gələndə, bir qadının təxribatına məruz qaldığını demişdi. Baş redaktorun sözlərinə görə, binanın girişində bir qadın onu təhqir etdiyini deyərək, dava salmağa çalışıb. Kənarda dayanmış gənc oğlan isə baş redaktora hücum edərək, qadına sataşdığını deyib.


Günün bütün mövzuları

XS
SM
MD
LG