Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 03:19

«Mətbuata basqı Azərbaycanın beynəlxalq imicinə ziyan vurur»


«Belə təəssürat yaranır ki, azad mediaya qarşı kampaniya başlayıb»
«Belə təəssürat yaranır ki, azad mediaya qarşı kampaniya başlayıb»

««Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi bizdə müəyyən narazılıq doğurur. Bu, son aylar müxalifətyönlü və azad media təmsilçiləri olan jurnalistlərin döyülməsi və həbs edilməsi fonunda baş verir».


Bunu Amerikanın səfiri Enn Ders noyabrın 12-də mediaya açıqlamasında bildirib.


Diplomat bildirir ki, «bütün bu amilləri nəzərə alsaq, belə təəssürat yaranır ki, Azərbaycanda müxalifətyönlü və azad mediaya qarşı kampaniya başlayıb».


Səfir bildirib ki, azad mətbuat demokratiyanın qurulması üçün olduqca vacib amildir: «Bakıda tanış olduğum bir çox vətənpərvər insanlar Azərbaycanı həqiqi dünyəvi, müstəqil, demokratik dövlət kimi görməyə çalışır, bu məqsədlə ciddi səylər göstərirlər. Müstəqil mediaya basqılar isə belə vətənpərvər şəxslərin səylərinə ciddi xələl gətirə bilər».


Xanım Ders deyir ki, ABŞ Azərbaycanın həqiqi demokratik və güclü dövlət ola biləcəyinə inanır: «Neftlə zəngin ölkələrin təcrübəsi göstərir ki, demokratik təsisatlar güclü olmadıqda korrupsiyanın səviyyəsi də yüksək olur. Korrupsiya isə inkişafa xələl gətirməklə yanaşı ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur».


Diplomat azad mediaya basqı kampaniyasının Azərbaycanın beynəlxalq imicinə də ziyan vurduğunu vurğulayıb: «Azərbaycanı gerçəkdən azad, müasir, demokratik dövlət kimi görmək istəyənlər ABŞ-ın mediaya basqı kampaniyasının dayandırılması haqda çağırışlarına dəstək göstərməlidir».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG