Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:07

Azovda batan «Naxçıvan» gəmisi Azərbaycana məxsus deyil


Rusiya KİV-in məlumatına görə, noyabrın 11-də Azov dənizində «Qafqaz» limanı yaxınlığında 2 min ton kükürd daşıyan «Naxçıvan» gəmisi batıb. Fəlakət zamanı fırtınanın gücü 6-7 bala çatıb.


Bu gəmidən başqa daha iki gəmi-quru yük daşıyan «Volnoqorsk» və «Volqoneft-139» tankeri qəzaya uğrayıb.


Xəzər Dəniz Gəmiçilik İdarəsindən «Turan»a verilən məlumata görə, «Naxçıvan», muxtar respublikanın adını daşısa da, Rusiyaya məxsusdur. Rusiya KİV-inin məlumatına görə, 11 nəfər ekipaj üzvündən 3-ü xilas edilib, qalanları isə itkin düşmüş sayılır.


XS
SM
MD
LG