Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:43

Naxçıvanda qiymətlər artıb


Ticarət mərkəzlərində icarə haqqı da artıb

Ticarət mərkəzlərində icarə haqqı da artıb

Naxçıvan Muxtar Respublikasında qiymətlər artıb. Qiymət artımı əsasən geyim malları və ərzaq məhsullarında özünü göstərib. MR sakinləri «Azadlıq» radiosuna bildiriblər onsuzda qiymətlər baha idi, indi daha da bahalaşıb.


Buna səbəb kimi Naxçıvanın iri ticarət obyektlərinin, mağazaların və köşklərin sökülməsi göstərilir.


İndi Naxçıvanda ticarət mərkəzlərində icarəyə götürmək üçün 1 kvadrat metr yerin girov qiyməti 1-1,2 min manatdır. Buna müvafiq olaraq da icarə haqqı da artıb.


1 kvadrat metr yer üçün icarə haqqı 200 manatdır. Müqayisə üçün bildirək ki, obyektlər sökülməmişdən əvvəl bu qiymət 50 manat təşkil edirdi.


Satıcılar bildiriblər ki, vergilər və sosial ödənişlər icarə haqqına daxil edilmir.


Ümumilikdə MR-ın hazırkı ticarət obyektlərində yalnız 300 nəfərin işlə təmin edilməsi üçün şərait var. Bu da iş yerlərini itirən satıcıların sayı ilə müqayisədə azdır.


Noyabr ayının əvvəllərindən yerli hakimiyyət abadlıq işləri aparmaq məqsədi ilə Naxçıvan şəhərində «57-ci bazar» adlanan ticarət obyektini söküb. Nəticə iş yerini itirən 3000 nəfər sahibkar etiraz aksiyası keçirib.


Bundan sonra Babək rayonunun Nehrəm kəndində 450, Sədərəkdə isə 100-ə yaxın mağaza sökülüb.


Günün bütün mövzuları

XS
SM
MD
LG