Noyabrın 10-da Daxili İşlər nazirinin əmri ilə polkovnik Rafiq Abbasov Bakı şəhər Baş Polis idarəsinin rəisi təyin edilib.
Rafiq Abbasov təyinatına qədər DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi idi. O, Zaqatala və Lənkəran rayon polis şöbələrinin rəisi olub.
Bakı şəhər Baş Polis idarəsinin sabiq rəisi Məhərrəm Əliyev bu ilin yayında vəzifəsindən azad edilmişdi. / Turan /