Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 03:58

Axtarışda olan zabit saxlanılıb


MTN tərəfindən saxlanılan baş leytenant Kamran Əsədov

MTN tərəfindən saxlanılan baş leytenant Kamran Əsədov

Noyabrın 9-da İsmayıllı rayonunda axtarışda olan Silahlı Qüvvələrin baş leytenantı Kamran Əsədov və onun yoldaşlarından biri - Fərid Cabbarov saxlanılıb.


Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılanlar müqavimət göstərməyə imkan tapmayıblar və onlardan iki «Kalaşnikov» avtomatı və 120 patron müsadirə edilib.


Dindirilmə zamanı onlar oktyabrın 30-da «LUKoil» yanacaqdoldurma məntəqəsinə basqın etdiklərini və ABŞ-ın Azərbaycandakı səfirliyinə qarşı Bəxtiyar Orucovla birlikdə terror aktı hazırladıqlarını təsdiq ediblər. MTN sonuncunun axtarışı və saxlanılması üzrə tədbirləri davam etdirir.


Kamran Əsədov Xanlar rayonunda hərbi hissələrin birində xidmət edirdi. MTN-in bildirdiyinə görə, o, radikal vəhhabi qrupunun üzvüdür. Qrupun digər üzvləri ilə birlikdə o, plan hazırlayıb və hərbi hissədən 4 avtomat, 1 pulemyot, 20 əl qumbarası və çox sayda avtomat patronu oğurlayıb. Oğurlanmış silah-sursatın bir hissəsi İsmayıllı rayonunda gizlədilib, bundan sonra qrup üzvləri Bakıya gəliblər.


İki «Kalaşnikov» avtomatı və 120 patron müsadirə edilib
Bu barədə məlumat alan MTN xarici səfirliklərə qarşı terror aktlarının törədilməsi planlarının qarşısını almaq üçün tədbirlər hazırlayıb. Beləliklə, qrupun bəzi üzvləri oktyabrın 27-də Maştağa qəsəbəsində saxlanılıblar. Bu zaman silahlı müqavimət göstərən qrup üzvlərindən biri həlak olub. Oğurlanmış silahın bir hissəsi isə müsadirə olunub.


Operativ tədbirlər nəticəsində qrupun iki digər üzvü - Xırdalan sakini 23 yaşlı Vüqar Əliyev və Bakı şəhər sakini Elşən Məmmədov saxlanılıb.


Dindirmə zamanı Vüqar Əliyev və Elşən Məmmədov qrupun planları və niyyətləri haqqında ətraflı ifadə veriblər. Xüsusən, Bakıda bir sıra dövlət qurumlarına və xarici səfirliklərə qarşı terror aktları hazırladıqlarını bildiriblər.


İstintaq və qrupun digər üzvlərinin axtarışı davam etdirilir. / Turan /


Günün bütün mövzuları

XS
SM
MD
LG