Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:40

Şərqi Azərbaycan İranın ən savadsız vilayətlərindən sayılır


«Fars dili ölkənin rəsmi dili olduğu üçün Azərbaycan əhalisi onu öyrənməlidir»
«Fars dili ölkənin rəsmi dili olduğu üçün Azərbaycan əhalisi onu öyrənməlidir»

İranın rəsmi «Fars» agentliyi xəbər verir ki, mərkəzi Təbriz olan Şərqi Azərbaycan vilayəti əhalinin savadlılığı və yazıb-oxuma qabiliyyəti baxımından İranın 33 vilayəti arasında 23-cüdür.


Təhsil Nazirliyinin verdiyi hesabata əsasən, Şərqi Azərbaycanda yaşı 10-dan yuxarı olan əhalinin 18 faizi savadsızdır. Bu nisbət böyük şəhərlərdə 15 faiz olsa da, kənd əhalisinin 27 faizi tamamilə savadsızdır.


«Fars» agentliyi savadsızlığın qadınlar arasında daha geniş yayıldığını bildirir. Belə ki, Şərqi Azərbaycan vilayətində qadınların 24 faizi heç təhsil almayıb.


Təhsil Nazirliyinin Şərqi Azərbaycandakı nümayəndəsi Camal Piri bildirib ki, 1977-ci ildə vilayət əhalisinin yalnız 6.75 faizi ibtidai məktəb təhsili almışdısa, bu rəqəm halı-hazırda 21 faizə yüksəlib. Lakin, cənab Pirinin fikrincə, bu qaneedici deyil. Çünki, hazırda vilayətdə təxminən 607 min adam savadsızdır. Baxmayaraq ki, onlardan yalnız 1207-si qeydiyyata alınıb.


Savadsızlığın geniş yayılmasından təəssüfünü bildirən Təbrizin İmamcüməsi Möhsün Müctəhidi-Şəbüstəri noyabrın 10-da etdiyi çıxışında deyib:


«Savadsızlıq Azərbaycanın yüksək mədəniyyətinə layiq deyil... Biz bunu aradan qaldırmaq üçün əlbir olmalıyıq...».


Cənab Şəbüstəri etiraf edir ki, savadsızlığı doğuran amillərdən biri təhsil dilinin ana dilindən fərqli olmasıdır. Lakin onun fikrincə bu, həlledici amil ola bilməz: «Fars dili ölkənin rəsmi dili olduğu üçün Azərbaycan əhalisi ona daha ciddi yanaşmalı və öyrənməlidir».


XS
SM
MD
LG