Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:56

Şəhərdaxili marşrutlarda gedişhaqqı artırıldı


Gedişhaqqının 10 qəpik artırılması barədə göstərişi avtobus sahibləri verib
Gedişhaqqının 10 qəpik artırılması barədə göstərişi avtobus sahibləri verib

Son günlər şəhərdaxili bəzi marşrutlarda gedişhaqqı qeyri-rəsmi olaraq qaldırılıb. Artıq həmin marşrutlarda sürücülər sərnişinlərdən 20 qəpik deyil, 30 qəpik tələb edir.


Bu barədə «Yeni Müsavat»a 309 saylı marşrutda işləyən sürücülərdən biri məlumat verib:


«Tarif Şurası şəhərdaxili marşrutlarda gedişhaqqını 20 qəpik müəyyənləşdirsə də, son bir ayda təmir hissələrinin və avtomobil şinlərinin bahalaşması sahibkarları çıxılmaz duruma salıb. Bu səbəbdən marşrut sahibləri vəziyyətdən çıxış yolu kimi qiymətləri artırmaq məcburiyyətində qalıb».


«Yeni Müsavat»ın həmsöhbəti ilin sonunadək şəhərdaxili bütün marşrutlarda qiymətlərin artırılacağını da istisna etməyib:


«Son günlər demək olar ki, ərzaq məhsulları 100 faiz bahalaşıb. Bu bahalaşma digər sahələri də əhatə etməkdədir. Vəziyyət bu cür davam etsə, təbii ki, bu, gedişhaqqının qiymətinə də öz təsirini göstərəcək».



Salyan İcra Hakimiyyətinin [İH] başçısı Rasim Bəşirov rayonun bütün məktəblərinin vahid məktəbli formasına keçməsilə bağlı qeyri-rəsmi sərəncam verib. Yeni dərs ilinin başlanmasından iki ay keçəndən sonra verilən bu sərəncam onsuz da pis olan müəllim-şagird - valideyn münasibətlərini daha da gərginləşdirib.


Bu barədə məlumatı «Azadlıq» qəzetinə Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov verib.


Bütün məktəblərin direktorları vahid məktəbli forması almaq üçün şagirdlərdən yaşlarından asılı olaraq 22-36 manat civarında pul tələb edirlər. Halbuki, eyni formalı geyimləri bazardan 10-12 manata almaq olar. Lakin direktorlar İH başçısına istinadən bildirirlər ki, məktəbli formalarını yalnız paytaxtdakı «Vəfa-tekstil» şirkətindən almaq lazımdır. Rayonda gəzən söz-söhbətlərə görə, bu şirkətin İH başçısı ilə sıcaq əlaqələri var.


İş o yerə çatıb ki, bir çox məktəblərdə «Vəfa»dan geyinməyən şagirdlər dərsə buraxılmır, bir çox valideynlər isə tələb olunan məbləği ödəyə bilmədiklərindən, uşaqlarını məktəbə göndərə bilmirlər.


Müəllim -şagird-valideyn qarşıdurması rayonun 2, 3, 4 və 7 saylı məktəblərində daha «aktualdır». Nəzərə alsaq ki, Salyandakı 53 məktəbdə 25000-dən çox şagird təhsil alır, yerli ekspertlərin hesablamalarına görə, məktəb formalarının maya dəyərindən 2-3 dəfə baha satılmasından «maraqlı şəxslər» təxminən 300 000 dollar «irəli düşəcəklər».


Eyni problem Lənkəranda başqa məzmunda üzə çıxıb. Burda isə dərisi qoyulan şagird və valideynlər deyil, müəllimlərdir.


«Azadlıq» qəzetinə bu haqda məlumatı da rayonun müəllimləri çatdırıblar. Müəllimlər bildirir ki, Lənkəran məktəblərində imkansız şagirdlərə pulsuz paylanan məktəbli formalarının dəyəri müəllimlərdən alınır. Buna etiraz edən müəllimlərə isə Təhsil Şöbəsindən bildirilib ki, göstəriş Prezident Aparatından gəlib.



Yaxın günlərdə Azərbaycanda ərzaq və gündəlik tələb mallarının, xüsusilə də ət, süd və kərə yağının bahalaşması gözlənilir.


«Ekspress» qəzeti yazır ki, iki həftə əvvəl ilin sonunadək inflyasiya həddinin 30 faizə çatacağı təxmin edilirdisə, indi bu rəqəmin daha böyük olacağı qaçılmaz təsir bağışlayır.


Ekspertlər hesab edirlər ki, inflyasiyanın orta hesablı həddi 25 faizə bərabər olacaq, konkret ərzaq məhsullarında bahalaşma 44-46 faiz təşkil edəcək...


Azərbaycan Müstəqil İqtisadi Araşdırmalar Assosiasiyasının eksperti Murad Əliyarovun fikrincə, dünya bazarında taxıl və enerjidaşıyıcılar durmadan bahalaşdığından, bunlara olan tələbat təklifdən xeyli artıq olduğundan, bahalaşma qaçılmazdır.


Azərbaycan İqtisadi Analiz Mərkəzinin yetkilisi Surxay Qocayev isə hesab edir ki, ölkədə maaş, təqaüd və müavinətlərin yaxın vaxtlarda 20 faiz artırılmasıyla bağlı qərarın verilməsi artıq realdır. Belədə əhalidə olan pul kütləsi daha da artacaq, inflyasiyanın sürətlənməsi qaçılmaz olacaq.


«Onu da unutmayaq ki, Azərbaycanın idxalında əsas yer tutan Türkiyə, Ukrayna, Qazaxıstan, İran, ən başlıcası isə Rusiyada artıq qiymətlər sürətlə bahalaşmaqdadır. Bu proses mütləq şəkildə bumeranq təki ölkə iqtisadiyyatına təsir göstərir», - S. Qocayev bildirib...


XS
SM
MD
LG