Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:51

«Mən Azərbaycan hakimlərinə həsəd aparıram»


ABŞ Federal Məhkəməsinin hakimi Timoti Börces, 9 noyabr 2007
ABŞ Federal Məhkəməsinin hakimi Timoti Börces, 9 noyabr 2007

«Mən Azərbaycan hakimlərinə həsəd aparıram». Bunu ABŞ Federal Məhkəməsinin hakimi Timoti Börces deyir.


Cənab Börces noyabrın 2-dən Bakıdadır. Bu müddətdə o, ABŞ Ədliyyə Departamenti və Birləşmiş Ştatların Bakıdakı səfirliyinin təşəbbüsü ilə Azərbaycanda hakimlər və hakimliyə namizədlər üçün treninqlər keçib.


Federal hakimin sözlərinə görə, Azərbaycan hakimləri başa düşürlər ki, insanların məhkəmə institutlarına inamını qaytarmaqla onlar demokratik islahatlara gedən yolun başlanğıcını qoya bilərlər: «Ancaq bu, vaxt və şücaət məsələsidir. Mənim ölkəmdə köklü dəyişikliklər etmək üçün 200 il əvvələ qayıtmaq lazımdır. Bizdə müstəqil məhkəmə sistemi tam formalaşıb. Azərbaycanda isə bu işə başlamaq üçün hakimlərdən böyük şücaət tələb olunur».


Cənab Börcesin təəssüratı belədir ki, Azərbaycan hakimləri islahatlara meyllidir: «Onlar bu sahədə inkişafa iddialıdırlar. İslahat bir günə baş tutmur. Vacib budur ki, bu işdə niyyət var. Məsələn, hakimlər varlı adamlara və vəzifəli şəxslərə «yox» deməyi bacarmalıdırlar».


ABŞ hesab edir ki, yalnız tam müstəqil məhkəmə sistemləri demokratiyaya töhfə verə bilər. «Korrupsiya bu kimi inkişafın zəhəridir», - deyə federal hakim vurğulayıb.


ABŞ-da hakimlərin müstəqil fəaliyyəti üçün bir sıra «qoruyucu mexanizmlər» tətbiq olunub. Belə ki, məsələn, hakimlər ömürlük təyin olunurlar və bu da onları gələcəkdə öz işlərini itirmək qorxusundan xilas edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG