Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:55

Sədərəkdə 100-dən artıq mağazanın sökülməsinə başlanıb


Noyabrın əvvəlindən Naxçıvanda ticarət obyektlərinin sökülməsinə başlanıb
Noyabrın əvvəlindən Naxçıvanda ticarət obyektlərinin sökülməsinə başlanıb

Naxçıvanın Sədərək rayonunda 100-dən artıq mağazanın sökülməsinə başlanıb. Bu haqda «Azadlıq» radiosuna rayon sakini birinci qrup əlil Məhəmməd Qasımov məlumat verib. Onun sözlərinə görə, noyabrın 9-u səhər rayona 50-yə yaxın polis gəlib. Onlar satıcılardan mağazaları boşaltmağı tələb edirlər. Dükan sahibləri isə mağazaları söküləcəyi təqdirdə özlərini yandıracaqlarını bildirirlər.


Məhəmməd Qasımov: «Mənim başqa dolanışıq yerim yoxdur. Ailədə yeddi nəfərik. Hökumət deyir biz bilmərik, yuxarıdan göstəriş var. Bizə bildirirlər ki, bir manat da kompensasiya verməyəcəklər. Səsin də çıxan kimi deyir dəlisən. Özümü yandırmaq istəyirəm».


Mağaza sahibləri həmçinin Bakıya gələrək Prezident Aparatı qarşısında aclıq aksiyası keçirməyi planlaşdırırlar.


Mağaza sahiblərinin əksəriyyətinin Qarabağ müharibəsi əlilləri və birinci qrup əlillər olduğu deyilir.


Onların dediklərinə görə, əllərində biletləri olsa da, rayondan çıxmaqlarına imkan verilmir.


Bu il noyabr ayının əvvəlindən Muxtar Respublikada ticarət və digər iaşə obyektlərinin sökülməsinə başlanıb. Söküntü demək olar ki, kiçik kəndlərdən tutmuş rayon və şəhərləri də əhatə edir. Yerli hökumət abadlaşdırma proqramı çərçivəsində belə addımların atıldığını bildirir. Məlumatlara görə, şəhərdə sökülən «57-ci bazar»ın yerində avtovağzal, kənddəki iaşə obyektlərinin yerində isə parklar salınacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG