Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:56

Tikintidə baş vermiş qəzada təqsirləndirilənlərə hökm oxunub


«Neapol» otelinin yaxınlığında tikilməkdə olan ticarət obyekti avqustun 14-də uçub

«Neapol» otelinin yaxınlığında tikilməkdə olan ticarət obyekti avqustun 14-də uçub

Noyabrın 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Neapol» istirahət mərkəzinin yaxınlığında inşa edilən ticarət obyektində baş vermiş qəza ilə bağlı tikintinin məsul şəxslərinə hökm oxunub.


İş podaratçısı Şamil Alıyev qəzaya görə özünü qismən günahkar hesab edib.


Sifarişçi Şükür Əhmədov isə özünü günahsız hesab etdiyini deyib və bəraət istəyib.


Məşvərətdən sonra hökmü elan edilib. Ş.Alıyev 3 il tikintidə fəaliyyət göstərməsinə məhdudiyyət qoyulmaqla 6 il həbs cəzası alıb.


Ş.Əhmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.


Bakı-Sumqayıt şossesinin 14-cü kilometrliyində yerləşən «Neapol» otelinin yaxınlığında tikilməkdə olan ticarət obyekti avqustun 14-də uçub.


Fəhlələr Rafiq Məmmədov və Rauf Abdullayev uçqunun altında qalaraq ölüb, Sərdar Şərifov, Rasim Məmmədov, Vüsal Əliyev və Vadim Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Günün bütün mövzuları

XS
SM
MD
LG