Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30

«Heydər Əliyevin silahdaşı üsyan püskürdü»


«Mən meydan dövründəki mübarizədən həzz alırdım»

«Mən meydan dövründəki mübarizədən həzz alırdım»

Hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Sirus Təbrizli deputat Arif Rəhimzadənin onun barəsində dediklərinə münasibət bildirib.


A.Rəhimzadə S.Təbrizlinin partiyadan qovulmasını da normal saydığını bildirmişdi. «Açığını deyim, Sirus Təbrizli işləyən adam deyildi. Komissiya sədri olanda da quruma rəhbərlik eləmirdi, müavini Rəbiyyət Aslanova iclası aparırdı. Ancaq danışmağa yaxşıdır, meydanda oratordur» deyə A.Rəhimzadə bildirib.


«Yeni Müsavat» a münasibət bildirən S.Təbrizlinin cavabı sərt olub: «Arif Rəhimzadəyə qəzetiniz vasitəsilə xatırladın ki, mərhum prezidentimiz, YAP-ın sədri Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışanda, adətən Arif Rəhimzadə kimilərin yox, mən Sirus Təbrizlinin adını çəkərdi».


Daha sonra S.Təbrizli bildirib: «Mən meydan dövründəki mübarizədən həzz alırdım. YAP-ın yaranması da eyni dərəcədə mənə həzz verirdi. Çünki biz cəmiyyət üçün yeni iş görürdük. Bəli, mən çox faydalı olan işləri görürəm. Həmin 1992-ci ilin 4 oktyabrında Naxçıvandakı mitinqləri kim aparıb? Sirus. 1994-cü ildə Prezident Aparatı yanında gecə mitinqlərə kim rəhbərlik edib? Əlbəttə, Sirus. Bu, işdir, iş deyil?..


…Gedib hərəsi bir yerdə kef eləyirdi. Biz meydanda nə «KQB»dən qorxmurduq, nə də ölümdən. Mən partbiletlərə od vururdum. Onda Arif Rəhimzadə hardaydı? Məgər mən pis iş görmüşəm? Deputat olduğum müddətdə parlamentə gələn şikayət məktublarının 52 faizi mənə ünvanlanırdı. Mənim bir ildə qəbul etdiyim şikayətçiləri Arif Rəhimzadə ömrü boyu qəbul etməyib».


«Dörd müxalifət partiyasının Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Bakıda keçirilən müzakirələrə qatılmaması həmin təşkilatların konkret təkliflərinin olmaması ilə bağlıdır». Bunu YAP icra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə bildirib. «Üç nöqtə» yazır ki, Novruzov qeyd edib ki, dörd müxalifət partiyasının tədbirə qatılmaması müzakirələrə hər hansı təsir etməyib.


«Ekspress» yazır ki, Rusiyanın Avropada Adi Silahlara dair Müqavilənin fəaliyyətinə moratorium qoyması Azərbaycan üçün gözlənilməz hadisə deyil. Bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Dumanın qəbul olunan qərarıyla bağlı fikir bildirərkən deyib.


«Rusiyanın belə bir mövqe tutmasını prezident Vladimir Putin hələ yayda açıqlamışdı» - deyə səfir bildirib. Səfirin sözlərinə görə, Rusiyanın bütün tərəfdaşları, eləcə də, Azərbaycanla bu məsələ hələ yayda, moratoriumun qoyulacağı bəyan edilərkən müzakirə olunub.


«Yeni Azərbaycan» yazır ki, «Azərbaycan regionun lider dövlətidir».


Qəzet Avropa Yenidənqurma və İnkişaf Bankı keçid dövrünü yaşayan dövlətlərdə iqtisadi vəziyyətlə əlaqədar yeni hesabatına əsaslanaraq belə mühakimə yürüdür.


«Hesabatda ölkəmizlə bağlı məqamlara yer ayıran Avropa Bankı Ümumi Daxili Məhsulun 2006-cı ildə 34,5 faizdən 2007-ci ildə 30 faizə bərabər olduğunu xatırladır. AYİB-in mövqeyinə görə, respublikamızda geniş iqtisadi perspektivlər səmərəli olaraq qalır. Regionda ən sürətlə inkişaf edən ölkə də, məhz Azərbaycandır».


Günün bütün mövzuları

XS
SM
MD
LG