Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08

«Azərbaycan ümid edir ki, Gürcüstandakı böhran tezliklə həllini tapacaq»


Azərbaycan ümid edir ki, Gürcüstandakı böhran tezliklə həllini tapacaq və ölkənin sabitliyinə xələl gətirməyəcək. Bunu Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.


«Gürcüstandakı vəziyyət bizi narahat edir. Orada baş verən hər bir arzuolunmaz proses regiona təsir göstərir. Ümid edirik ki, gürcü xalqı çıxış yolunu tapacaq və Gürcüstan öz sabitliyini və müstəqilliyini davam etdirəcək».


Həsənov onu da əlavə edib ki, prosesin demokratik və insan hüquqları qorunmaqla həyata keçirilməsi Bakının arzusudur.


Gürcüstan müxalifəti erkən prezident və parlament seçkilərinin keçirilməsi tələbi ilə müddətsiz aksiyalar keçirib. Prezident Saakaşvili ölkədə fövqəladə vəziyyət elan edib.



Günün bütün mövzuları

XS
SM
MD
LG