Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 11:55

YAP Seçki Məcəlləsinə təkliflərini təqdim edib


YAP Seçki Məcəlləsinin dəyişdirilməsini yox, təkmilləşməsini istəyir

YAP Seçki Məcəlləsinin dəyişdirilməsini yox, təkmilləşməsini istəyir

«Ümumilikdə 7-8 təklif hazırlamışıq. Biz düşünürük ki, seçki kompaniyasının 4 ay müddətində aparılması yorucudur və onu azaltmaq lazımdır. Bundan əlavə, seçki bülletenlərinin zərfə qoyulması müəyyən vaxt aparır və biz onu da istəmirik».


Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı belə deyir. YAP funksioneri təklifləri Avropa Şurası və İFES tərəfindən təşkil edilmiş seçki komissiyalarına dair dəyirmi masada səsləndirib.


Mübariz Qurbanlı deyir ki, onlar Seçki Məcəlləsinin dəyişdirilməsini yox, təkmilləşməsini istəyirlər.


Avropa Şurası və İFES tərəfindən təşkil edilmiş tədbirə müxalifət partiyaları qatılmayıb.


Ölkənin aparıcı müxalifət partiyaları seçki komissiyalarının hakimiyyətin nəzarəti altında olduğunu bildirirlər. Onlar komissiyaların paritet əsasda formalaşdırılmasını təklif edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG