Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:56

Bakıda elektrik enerjisinə məhdudiyyət qoyulur


Tanrıverdi Mustafayev borclu abunəçilərə güzəşt olunmayacağını deyib

Tanrıverdi Mustafayev borclu abunəçilərə güzəşt olunmayacağını deyib

Noyabrın 9-da Bakıda elektrik enerjisinə məhdudiyyət qoyulacaq. Şəhərin bəzi yerlərində işıq gündüz təqribən beş saat fasilələrlə veriləcək.


«Bakielektrikşəbəkə» Səhmdar Cəmiyyətindən deyiblər ki, bu, yarımstansiyalarda yenidənqurma işləri ilə bağlıdır.


Cəmiyyətin mətbuat katibi Tanrıverdi Mustafayev «Azadlıq» radiosuna bildirib ki, Nəsimi, Nərimanov, Binəqədi və Nizami rayonlarının bəzi ərazilərinə səhər saat 10-un yarısından günortaya kimi elektrik fasiləylə veriləcək.


Tanrıverdi Mustafayev borclu abunəçilərin də elektrikinin kəsiləcəyini bildirib. O, borclu abunəçilərə güzəşt olunmayacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG