Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:17

Bakı İran-Ermənistan hərbi əməkdaşlığından narahatdır


Bakı ümid edir ki, imzalanmış sənəd «Ermənistanın işğalçılıq fəaliyyətinə yardım etməyəcək»
Bakı ümid edir ki, imzalanmış sənəd «Ermənistanın işğalçılıq fəaliyyətinə yardım etməyəcək»

Azərbaycan İranı çağırır ki, Ermənistanla əməkdaşlığında Bakının həssaslığını nəzərə alsın. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) «Azadlıq» radiosuna bildiriblər.


Noyabrın 6-da Yerevanda Ermənistanla İran arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanıb.


Bakı ümid edir ki, imzalanmış sənəd «Ermənistanın işğalçılıq fəaliyyətinə yardım etməyəcək».


XİN sözçüsü Xəzər İbrahim deyib: «Ermənistan Azərbaycan ərazilərinin bir hissəsini işğal edib. İran isə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bildirib. Ümidvar olmaq istərdik ki, praktiki əməkdaşlıqda bu sənəd Ermənistanın siyasətinin güclənməsinə, onların işğalçı fəaliyyətinə yardımçı olmayacaq. İran hərbi əməkdaşlığında bu həssaslığı nəzərə almalıdır».


XİN sözçüsü onu da deyib ki, Bakı daim İrana və başqa ölkələrə Ermənistanla əməkdaşlıqları ilə bağlı öz mövqeyini çatdırır. Odur ki, bu sazişdən də hər hansı təhlükə hiss edərsə, birmənalı şəkildə Tehranın diqqətinə çatdıracaq.


İranın Müdafiə naziri Mustafa Məhəmməd Nəccar hazırda Yerevandadır. Ermənistanın Müdafiə naziri Mikail Arutunyan bildirib ki, İranla imzalanmış sənəd iki ölkənin hərbi əməkdaşlığını dərinləşdirəcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG