Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

Avropa Birliyi Eynulla Fətullayevə qarşı məhkəmə qərarını pisləyir


Avropa Birliyi jurnalist Eynulla Fətullayevin həbsini pisləyir
Avropa Birliyi jurnalist Eynulla Fətullayevin həbsini pisləyir

Avropa Birliyi (AB) jurnalist Eynulla Fətullayevin həbsini pisləyir. AB-nin yaydığı press-relizdə deyilir ki, Fətullayevə qarşı yazdığı məqaləsinə görə cinayət məsuliyyətinin tələb olunması adekvat addım deyil.


Bu məhkəmə qərarı Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində söz və mətbuat azadlığı sahəsində götürdüyü öhdəliklərlə uyğun gəlmir. AB Azərbaycan hökumətinə söz və mətbuat azadlığının təmin olunmasına əməl etməyin lazım olduğunu xatırladır. Gələcəkdə tənqidi «səslər»in kəsilməyəcəyinə ümid edir.


«Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev oktyabrın 30-da 8 il yarım müddətinə azadlıqdan məhrum edilib. O, müddətinə terrorizm, etnik zəmində ədavətin qızışdırılması və vergidən yayınma maddələri ilə həbs edilib.


Bundan əvvəl 2007-ci il aprelin 20-də Yasamal Rayon Məhkəməsi Xocalı faciəsi barədə tənqidi yazı yazdığına görə jurnalisti 2.5 il müddətinə azadlıqdan məhrum etmişdi. / Turan /


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG