Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Jurnalistin və sabiq nazirin işi Avropa Məhkəməsinin icraatındadır


Jurnalist və sabiq nazir barələrindəki digər məhkəmə qərarlarından da şikayət edəcəklər

Jurnalist və sabiq nazir barələrindəki digər məhkəmə qərarlarından da şikayət edəcəklər

Avropa İnsan Haqları Məhkəməsi jurnalist Eynulla Fətullayevin şikayətini icraata götürüb. Xəbəri «Azadlıq» radiosuna Eynulla Fətullayevin vəkili İsaxan Aşurov verib.


Vəkilin sözlərinə görə, söhbət özünü Xocalı faciəsində zərər çəkənlərin haqlarının müdafiəçisi kimi təqdim edən Tatyana Çaladzenin şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin çıxardığı qərardan gedir.


«Avropa İnsan Haqları Məhkəməsinin müddəalarına görə, şəxs qanunsuz həbs, qeyri-insani rəftar, işgəncə, sərbəst müdafiə hüququnun pozulması iddiaları ilə hətta məhkəmə başa çatmamış quruma müraciət edə bilər. Eynulla Fətullayev də məhz bu müddəalara əsasən Avropa Məhkəməsinə müraciət edib. İş sentyabrın 10-da şikayəti icraata götürülüb».


Vəkil Avropa Məhkəməsinin hüquqlarını müdafiə etdiyi digər şəxsin-keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin şikayətinin də artıq icraata götürdüyünü deyib.


Vəkil həm Eynulla Fətullayev, həm də Fərhad Əliyevin Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmənin haqlarında çıxardıqları hökmlərlə bağlı da quruma müraciət edəcəklərini bildirib.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə Eynulla Fətullayev 8 il 6 ay, Fərhad Əliyevi isə 10 il azadlıqdan məhrum edilib.


XS
SM
MD
LG