Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

Enn Ders partiyalara seçki qanunvericiliyi ilə bağlı tədbirlərə getməyi tövsiyə edir


2008-ci il prezident seçkiləri Azərbaycana bütün dünya qarşısında demokratikliyini göstərmək üçün gözəl imkan verir. ABŞ səfiri Enn Ders belə deyir. Onun sözlərinə görə, bu seçki vasitəsilə Azərbaycan demokratik islahatların inkişafı sahəsində tamamilə başqa bir mərhələyə keçə bilər: «Güclü Azərbaycan ABŞ üçün ən yaxşı tərəfdaşdır».


Noyabrın 7-də Bakıda seçkilər zamanı şikayət və müraciətlərə baxılma qaydaları ilə bağlı İFES və Avropa Şurası Venesiya Komissiyasının təşkik etdiyi tədbirə münasibət bildirən səfir bütün partiyalara belə dəyirmi masalarda iştirak etməyi tövsiyə edib. Xanım Dersin bildirdiyinə görə, həmin partiyalar bu yolla istədiklərinə nail ola bilərlər.


Müsavat, Xalq Cəbhəsi, Demokrat və Liberal partiyaları həmin tədbirə qatılmayıblar. Onlar bunu tədbirin təşkilatçılardan biri olan İFES-in obyektivliyinə inanmamaları ilə əlaqələndiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG