Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:01

«Məsuliyyətsiz idarəçilikdə qeyri-sabitlik risqi çox yüksəkdir»


ABŞ səfiri Enn Ders Naxçıvan Muxtar Respublikasına noyabrın 7-də gedib

ABŞ səfiri Enn Ders Naxçıvan Muxtar Respublikasına noyabrın 7-də gedib

«Azərbaycanın demokratik dəyərlərə sadiq olması və Avro-Atlantik məkana inteqrasiyası davamlı müstəqilliyi, təhlükəsizliyi və tərəqqini vacib çağırışlar qarşısında təmin edə biləcək ən yaxşı yoldur».


ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi Naxçıvan Dövlət Universitetində demokratiya və insan hüquqlarına dair məruzə ilə çıxış edərkən belə deyib. Onun sözlərinə görə, Azərbaycanın önəmli geostrateji mövqeyə malik olması siyasi və iqtisadi islahatları tez həyata keçirməsinin vacibliyini daha da artırıb: «Demokratik islahatlar təhlükəsizlik məsələləri ilə sıx bağlıdır».


Ders bildirib ki, Azərbaycan enerji ehtiyatlarından gələn nəhəng gəlir axını ilə bağlı böyük imkanlar və çətinliklərlə üzləşə bilər: «Güclü demokratik təsisatların olmadığı məsuliyyətsiz idarəçilikdə artan korrupsiya, inflyasiya və qeyri-sabitlik risqi çox yüksəkdir».


ABŞ səfiri Enn Ders Naxçıvan Muxtar Respublikasına noyabrın 7-də gedib.


Bir günlük səfərinin sonunda səfir Muxtar Respublikadakı QHT, müxalifət və hakim partiya nümayəndələri ilə birgə görüş keçirəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG