Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Qənimət Zahid hücuma məruz qalıb


Qənimət Zahid iş yerinə həbsxanada olan qardaşı Mirzə Sakitə baş çəkməkdən gəlirmiş
Qənimət Zahid iş yerinə həbsxanada olan qardaşı Mirzə Sakitə baş çəkməkdən gəlirmiş

Noyabrın 7-si təxminən saat 15.30-da «Azərbaycan» dövlət nəşriyyatının qarşısında «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid hücuma məruz qalıb.


«Bir qadın nəşriyyatın qabağında telefonla danışırdı. Mən onun yanından keçib içəri daxil olmaq istəyəndə məni söyməyə başladı. Əvvəlcə heç nə başa düşmədim»-, Qənimət Zahid belə deyir.


Baş redaktor qadına onu kiminləsə səhv saldığını anlatmaq istəyib.


«Bu vaxt gənc oğlan yüyürərək mənə yaxınlaşdı. Məni vurmağa cəhd etdi. Gördüm ki, məni döymək istəyirlər. Müqavimət göstərdim. Pencəyim cırıldı…».


Qənimət Zahid deyir ki, hadisə vaxtı tanımadığı bir nəfər onun qolundan tutub hadisə yerindən uzaqlaşdırıb.


Baş redaktor baş vermiş hadisəni təxribat adlandırıb.


Qənimət Zahid iş yerinə həbsxanada olan qardaşı Mirzə Sakitə baş çəkməkdən gəlirmiş.


Xəqani-33 ünvanından çıxarıldıqdan sonra «Azadlıq» qəzetinin redaksiyası «Azərbaycan» nəşriyyatında yerləşir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG