Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:35

«Azadlıq» qəzeti təkzib verməli olacaq


«Azadlıq» qəzeti iyunun 7-də dərc etdiyi «Oliqarx QAİ» məqaləsinə görə təkzib verməli olacaq.


Noyabrın 7-də Yasamal Rayon Məhkəməsi belə bir qərar çıxarıb. Qəzetə qarşı iddianı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qafar Abbasov qaldırıb.


Hakim iddianı qismən təmin edərək «Azadlıq»ın təkzib verməsini istəyib. İddiaçı tərəfin mənəvi zərərin müqabilində 50.000 manat istəmək tələbi rədd edilib.


Sözügedən məqalədə polis rəisi müavininin tikinti biznesi ilə məşğul olduğu iddia edilirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG