Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

«Yeni iqtidar partiyasının yaradılması cəfəngiyatdır»


YAP rəsmisi yeni iqtidar partiyası yaradıldığını təkzib edir

YAP rəsmisi yeni iqtidar partiyası yaradıldığını təkzib edir

Ölkə mediası bir müddətdir ki, yeni iqtidar partiyasının yaradılması ilə bağlı məlumatlar yayır. Bu məsələyə Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov münasibət bildirib. «Yeni Müsavat» yazır ki, YAP-çı deputat yeni iqtidar partiyasının yaradıldığı barədə məlumatları «cəfəng» adlandırıb: «Bunlar boş-boş söhbətlərdən və fərziyyələrdən irəli gəlir».


Əli Əhmədov belə məlumatların yayılmasında jurnalistləri günahlandırıb. O, deyib ki, Azərbaycanda «bəzi müxbirlərlə cəmiyyətin problemi mövcuddur».


«Ekspress» yazır ki, Avropa Şurası Azərbaycana ölkə əhalisinin bütün təbəqələri tərəfindən dəstəklənə bilən seçki sistemi təklif edir. Bunu AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosiya bildirib.


«Biz seçki komissiyasının hər hansı bir formatına üstünlük vermirik, biz siyasi partiya və hərəkatları razı sala bilən sistemi dəstəkləyirik» - deyə o bildirib. Onun sözlərinə görə, Avropa Şurası hakim dairələrə və siyasi partiyalara noyabrın 9-da Bakıda Venesiya Komissiyasının üzvləri ilə baş tutacaq görüş zamanı öz mövqelərini azad ifadə etmək üçün imkan yaradacaq.


«Üç nöqtə» qəzeti yazır ki, Dünya Azərbaycanlıları Konqresinin qeydiyyatı ləğv edilə bilər. DAK-ın keçmiş sədri Cavad Derəxti bildirib ki, təşkilatın qurultaydan 5 ay keçməsinə baxmayaraq, sənədlər İsveçin Ədliyyə Nazirliyinə təqdim olunmayıb. Hələ bir müddət öncə İsveçin Ədliyyə Nazirliyi Cavad Derəxtiyə oktyabrın 12-dək həmin qurultayın protokolunun çatdırılması üçün vaxt vermişdi və artıq vaxt bitib. İsveçin Ədliyyə Nazirliyi noyabrın 6-da Cavad Derəxtiyə müraciət edərək, qurultay çağırılmasını bildirib. Əks təqdirdə DAK-ın adından İsveçdə qeydiyyatdan keçən qurumun ləğv olunacağı gözlənilir.


«Bakıda buranı düzəldirsən, sabah o biri tərəf uçur. Bura çox çətindir». Bunu jurnalistlərlə söhbətində «Azəryolnəqliyyatservis» SC-nin rəhbəri Cavid Qurbanov deyib.


Cavid Qurbanova istinadən «Ayna» yazır ki, yaxın vaxtlarda paytaxtda 200 metrə qədər tunel istifadəyə veriləcək. Onun sözlərinə görə yeni körpülərin istifadəyə verilməsindən sonra şəhərdə ağır yük maşınlarının hərəkəti məhdudlaşdırılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG