Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:35

Avtoxuliqanlara 10 günədək həbs cəzası veriləcək


«Son 9 ayda nəqliyyat qəzalarında min nəfərdən artıq adam ölüb»
«Son 9 ayda nəqliyyat qəzalarında min nəfərdən artıq adam ölüb»

Milli Məclisin noyabrın 6-da keçirilən iclasında yol hərəkəti qaydalarını pozanların ciddi şəkildə cəzalandırılmasını nəzərdə tutan layihə qəbul edilib.


Qanuna avtoxuliqanlıqla bağlı xüsusi maddə əlavə olunub.


Avtoxuliqanlıq edən şəxs avtomobili idarəetmə hüququ 1 ilədək məhdudlaşdırılmaqla, şərti maliyyə vahidinin 400 mislindən 600 mislinədək miqdarda cərimə və ya pozuntunu törədənin şəxsiyyətindən asılı olaraq, 10 günədək inzibati həbs ilə cəzalandırılacaq. 1 şərti maliyyə vahidi 1 manat 10 qəpiyə bərabərdir



Eyni zamanda, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edənlərə, başqasının avtomobilini idarə edənlərə və başqasının avtomobilini sərxoş vəziyyətdə idarə edənlərə qarşı sərt tədbirlər nəzərdə tutulur.


Milli Məclisin iclasındakı çıxışında millət vəkili Səyavuş Novruzov deyib ki, «Azərbaycanda bir il ərzində baş verən yol-nəqliyyat qəzalarında dünyasını dəyişənlərin sayı Qarabağda hərbi əməliyyatlar zamanı - mülki əhali istisna edilməklə - həlak olanların sayından çoxdur».


O, apardığı araşdırma nəticəsində bu qənaətə gəldiyini açıqlayıb: «Son 9 ayda nəqliyyat qəzalarında min nəfərdən artıq adam ölüb, 3 min nəfərə qədər şəxs isə xəsarət alıb».


S. Novruzov bildirib ki, Bakı şəhərində müasir yeraltı piyada keçidləri inşa edilməsinə baxmayaraq, hələ də piyadalar o keçidlərdən istifadə etməyərək sürücülər üçün təhlükə yaradır:


«Bir də görürsən, piyada keçidi qoyub «reşotka»dan tullanaraq, düşür maşının qabağına. Nəticədə hadisə baş verir. Buna sürücü neyləsin? Bu məsələyə də baxılmalı, cərimələr daha da sərtləşdirilməlidir». / APA / / Trend /


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG