Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:42

«Seçki Məcəlləsi dəyişməsə, seçkilər ədalətli olmayacaq»


«Azadlıq» bloku seçkilər öncəsi ölkədə ictimai-siyasi mühitlə bağlı açıqlama yayıb
«Azadlıq» bloku seçkilər öncəsi ölkədə ictimai-siyasi mühitlə bağlı açıqlama yayıb

Noyabrın 6-da «Azadlıq» bloku 2008-ci il prezident seçkiləri öncəsi Azərbaycanda ictimai-siyasi mühitlə bağlı açıqlama yayıb. Blok bütün vətəndaş institutlarını ictimai müzakirələrə dəvət edir.


AXCP sədri Əli Kərimli bildirib ki, iqtidar seçki mühitinin sağlamlaşdırılması üçün ciddi addımlar atmalıdır. Onun fikrincə, Seçki Məcəlləsinə beynəlxalq birliyin də tələb etdiyi düzəlişlər edilməsə, gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərinin azad və ədalətli olacağından söhbət belə gedə bilməz.


O, iqtidarın demokratiyanın təməl prinsiplərinə ciddi şəkildə basqı göstərməklə cəmiyyətdə xof yaratmağa, bununla da vətəndaşların ictimai fəallığını azaltmağa çalışdığını deyib.


Amma, partiya sədri pessimizm üçün səbəb görmür: «Demokratik prosesə ümumdünya prosesi kimi baxmaq gərəkdir. Bütün dünya demokratikləşir və Azərbaycan bu prosesdən kənarda qala bilməz».


Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva ictimaiyyəti mübariz olmağa səsləyib. Xanım Hacıyeva düşünür ki, müxalifətin zəifliyi və xalqın iradəsinin siyasi mühitdə heç bir rol oynamadığı haqda fikirləri iqtidar bilərəkdən ortaya atıb. Məqsəd ictimai fəallığın azalmaqdır.


O, «Azadlıq» blokunun seçkilərə qatılmayacağı haqda fikirləri də bölüşmür: «Azadlıq» bloku seçkiləri boykot etmir, «Azadlıq» bloku tamaşanı boykot edir. Biz seçkiyə qatılmağa israrlıyıq. Ona görə də qarşıdakı bir ildə bütün gücümüzü seçki mühitinin demokratikləşdirilməsi üçün səfərbər edəcəyik ki, öz prinsiplərimiz naminə seçkilərə qatılaq».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG