Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:14

«Danışır Bakı!»


Hazırda Azərbaycanda FM dalğasında 10-dan çox radio yayımlanır

Hazırda Azərbaycanda FM dalğasında 10-dan çox radio yayımlanır

Azərbaycanda radio yayımı xəbərlər proqramı başlayıb. İlk informasiya buraxılışı 1926-cı il noyabrın 6-da «Danışır Bakı!» sədası ilə gün ərzində yarım saat həcmində efirə çıxıb. Yerli radionun verdiyi ilk xəbərlər istehsalatla bağlı olub.


Xəbərləri radionun ilk azərbaycanlı diktoru İsmayıl Əlibəyov oxuyub. Həmin vaxtdan Azərbaycan radiosu müntəzəm verilişləri start götürüb.


1928-ci ilə kimi yerli radioya ancaq Bakıda və Abşeronda qulaq asmaq mümkün imiş. Lakin bir il sonra Azərbaycan Radiosunun xəbərləri bütün respublika ərazisində yayımlanmağa başlayıb.


Azərbaycan Radiosunda xəbərlər buraxılışının mükəmməl tarixi isə 1932-ci ildən başlayıb. İlk əvvəl Mərkəzi informasiya redaksiyası kimi fəaliyyət göstərib, sonralar həmin redaksiya «Son xəbərlər» adlandırılıb.


Beləliklə, o vaxtlar efirdə tez-tez səslənən yeknəsəq radioqəzet əvəzinə ilk dəfə olaraq müntəzəm operativ verilişlərin yeni forması-«Son xəbərlər» yaranıb.


1960-cı illərdən yerli radio beynəlxalq xəbərlər də yayımlamağa başlayıb.


1994-cü ilin mayın 28-də Azərbaycanın Müstəqillik Günündə FM dalğasında ANS ÇM radiostansiyası efirə çıxdı. Bu, Qafqazda və Mərkəzi Asiyada ilk FM radio stansiyası idi.


Hazırda Azərbaycanda FM dalğasında 10-dan çox radio yayımlanır.


«Azadlıq» Radiosunun Azərbaycan redaksiyası ilk radionun fəaliyyətə başlaması münasibəti ilə həmkarlarını təbrik edir, işlərində uğurlar arzulayır!


Günün bütün mövzuları

XS
SM
MD
LG