Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Bakı metrosu 40 yaşında


1967-ci ilin noyabrın 6-da Bakıda Metropoliten fəaliyyətə başlayıb

1967-ci ilin noyabrın 6-da Bakıda Metropoliten fəaliyyətə başlayıb

1967-ci ilin noyabrın 6-da Bakıda Metropoliten fəaliyyətə başlayıb.


Bakı metrosu keçmiş Sovet İttifaqında istifadəyə verilmiş beşinci metro xətti hesab olunurdu.


Bakıda metro tikintisi ideyası hələ İkinci Dünya Müharibəsindən əvvəl meydana çıxsa da, tikinti işlərinə sistemli şəkildə 60-cı illərdən başlanılıb.


Qeyd etmək yerinə düşər ki, MDB məkanında ən ucuz gediş haqqı da Bakı metrosundadır. Məsələn, Moskva və Sankt-Peterburqda qiymət Bakı ilə müqayisədə - 6 , Tbilisidə- 2-2,5 dəfə bahadır. Lakin əhalinin əksər təbəqəsinin maddi durumunu nəzərə alan hökumət hələ ki, metroda gediş haqqını artırmaq niyyətində deyil.


Gün ərzində yarım milyondan çox paytaxt əhalisi metronun xidmətindən istifadə edir.


Bakı Metropoliteninin 40 illik yubileyi münasibətilə dünən dövlət başçısı İlham Əliyev metronun tikintisi və istismarında səmərəli fəaliyyətlərinə görə metro işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.


XS
SM
MD
LG